Bu şirkətlər işçi yığır: əmək haqqı 500 – 1500 manat – 15 VAKANSİYA

2489

VAKANSİYA 1

Bizim Market

İnşaat üzrə mühasib

Son tarix 19 dek 2021 

İş haqqında məlumat:

  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
  • Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
  • Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
  • Smetanı hesablamaq;
  • Əmək haqqı ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
  • Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
  • Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • DSMF, Vergi, Statistika hesabatları, həmçinin məşğulluq hesabatlarının hazırlanması;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək;
  • İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalar;
  • Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
  • Xərclərin və gəlirlərin kassa kitabında uçotunu təşkil etmək;
  • İllik xərclərinin smetasının hazırlanması və onların analizi.

Namizədə olan tələblər:

  • İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını bilməli;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

Təminatlar:

  • Əmək haqqı 1000 AZN +
  • Nahar yeməyi təmin edilir

Telefon (012)5794080

VAKANSİYA 2

SMTS

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Son tarix 19 dek 2021 

Vəzifə öhdəlikləri:

  • İctimaiyyətlə əlaqələr siyasətnin və prosedurların hazırlanması və tətbiq edilməsi;
  • Şirkətin İctimayyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini; İctimaiyyətlə əlaqələr kanallarının düzgün seçilməsi;
  • İctimaiyyətlə əlaqələrə dair standartlarının hazırlanması və ona nəzarət;
  • İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılması, Şirkətin fəaliyyəti barəsində Sifarişçilərə təklif paketinin hazırlanması və ictimaiyyətdə şirkət adına yönəlmiş pozitiv mövqe yaratmaq;
  • İctimaiyyətlə əlaqələr fəaliyyəti üçün Satınalma departamentinin tələblərinə uyğun büdcənin hazırlamaq və şirkət rəhbəri ilə razılaşdırmaq;
  • Şirkətin rəsmi saytı və sosial şəbəkələrnin idarə olunması və sosial media səhifələri üçün xəbərlərin hazırlanması;
  • Sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Müxtəlif təqdimatların (Prezentasiya) hazırlanması;
  • Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, bəyanatlar və s.)
  • İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
  • Şirkətin promoşun məhsullarını hazırlanmasını təşkil etmək;
  • Sahibkarlarla işgüzar əlaqələri inkişaf etdirmək;
  • Şirkətin xarici imici haqqında məlumatın toplanması;
  • Şirkətin xeyriyyə proqramları, sosial ianələr üzrə fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkili və təbliği;
  • İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili.

Namizədə olan tələblər:

  • Ali təhsil (Marketinq, reklam və jurnalistika sahələrində təhsili olan namizədlərə üstünlük verilir)
  • İctimaiyyətlə əlaqələr və marketinq sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli;
  • Ms office proqramları və dizayn proqramları;
  • Kreativlik,təşəbbüskarlıq,planlama və təşkilatçılıq bacarıqları;
  • Yüksək kommunikasiya və işgüzar ünsiyyət bacarıqları;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar ([email protected]).

VAKANSİYA 3

Corn Processing Company

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Son tarix 19 dek 2021 

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 700 AZN-dən başlayaraq
Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə

İşin təsviri:

  • İstehsal olunan məhsulların qablaşdırılması, yüklənməsi və daşınmasına nəzarət edilməsi;
  • Ümumi keyfiyyət sisteminin yaradılması və tətbiqinə nəzarət etmək;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması;
  • Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq .

CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin ([email protected]).

VAKANSİYA 4

Company

Hüquqşünas

Son tarix 19 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Xahici və yerli şirkətlər ilə bağlanan/yenilənən müqavilələrin hüquqi cəhətdən incələnməsi və təsdiqlənməsi;
  • Müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olan sorğuları cavablandırmaq;
  • Şirkət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada cavablandırmaq; 
  • Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi cəhətdən incələmək və rəy vermək; 
  • Qanunvericiliydə edilmiş dəyişiklikləri/əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;

Tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Qanunvericiliyinə dair mükəmməl biliklər;
  • Azərbaycan və İngilis dili biliyi mütləqdir Rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı; 

 İş şərtləri:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • Şirkət tərəfindən nahar və əlavə endirim bonusları təqdim olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hüquqşünas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 5

Baku Electronics

Satış/ baş satış məsləhətçisi (Tekstil)

Son tarix 19 dek 2021 

Vəzifə öhdəlikləri:

  • Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı məlumat vermək;
  • Müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün şərait yaratmaq, məhsullar üzrə məlumat və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
  • Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
  • Mağazadakı vitrinlərin normativlərə uyğun mal düzülüşünü təmin etmək;
  • Karyerada yüksəliş və artan əmək haqqı imkanı əldə etmək;
  • Sahə üzrə bilik və bacarıqlarının artırılması imkanları əldə etmək.

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2-5 il iş təcrübəsi;
  • Yaş: 20-30
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
  • İşinə qarşı həvəsli, yeniliklərə açıq;
  • Öyrənməyə meyilli;
  • Etibarlı, çevik, mehriban və gülərüz;
  • Əmək haqqı: 800+

Uyğun namizədlərdən CV-lərini “satış/ baş satış  məsləhətçisi (Tekstil)” başlığı ilə göndərmələri xahiş olunur ([email protected]).

VAKANSİYA 6

Bridge Hospitality

AP/AR Accountant

 Son tarix 19 dek 2021 

HomeBridge Hotel Apartments

Requirments:

  • Bachelor’s degree in Accounting or Finance required
  • 1-2 years of experience in Finance or Accounting sphere, experience HoReCa is preferable
  • Knowledge of accounting principles and practices
  • Intermediate level of English and Russian
  • A high level of ability to work in Office programs, especially Excel
  • Having ACCA (F3) papers is an advantage

Responsibilities:

  • Prepare and disburse invoices to customers
  • Monitor correct and timely settlement of receivables
  • Receive, review and process all incoming invoices, check requests, etc.
  • Cash and bank transactions
  • Post transactions to accounting software
  • Support Finance Manager in preparing monthly financial statements

Working place: Salyan highway, Shikhov settlement

Working hours: 09:00 – 18:00

Working schedule: 5/2

Benefits:

  • Lunch by the company
  • Bus service from the Inshaatchilar subway

Interested Candidates please send your CV by indicating the title of position “AP/AR accountant in the subject line of your message ([email protected]).

VAKANSİYA 7

Art Factory

Mühasib

Son tarix 19 dek 2021 

Tələblər:

  • Müvafiq sahədə Ali Təhsil
  • Müvafiq sahədə iş təcrübəsi: 1-3 il
  • Kompüter bilikləri: MS Office / MS Excel; 1C
  • Mühasibat uçotu standartları üzrə biliklər
  • Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər

Əsas vəzifə və öhdəliklər:

  • Gündəlik bank və kassa əməliyyatlarının aparılması
  • Maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks etdirilməsi
  • Əmək haqqlarının, məzuniyyət və xəstəlik vərəqələri üzrə ödənişlərin hesablanması; DSMF hesabatlarının hazırlanması və verilməsi
  • Mövcud vergi öhdəliyinə uyğun Vergi bəyənnamələrinin, ƏDV, ÖMV hesabatlarının və digər rəsmi hesabatların hazırlanması və verilməsi
  • Həftəlik və Aylıq Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

Digər məlumatlar:

  • İş qrafiki: 5 günlük
  • Iş saatları: 09:00-18:00
  • Əmək haqqı: 500-700 AZN
  • Qeydiyyat: AR Əmək Məcəlləsinin tələblərinə uyğun

Əmək Haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun təyin olunacaqdır.

Namizədlərdən CV-lərini “Mühasib ” başlığı altında göndərmələri xahiş olunur ([email protected]).

VAKANSİYA 8

Güvənli MMC

Kredit mütəxəssisi (Quba,Xaçmaz filialı)

Son tarix 19 dek 2021 

İş haqqında məlumat:

  • Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı: 1000 manat (artan maaş) + bonus verilir;
  • İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək

Namizəd üçün tələblər:

  • Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
  • Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;
  • BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun namizədlər CV lərini göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CV göndərən zaman mövzu yerində “Kredit mütəxəssisi-regionu ” qeyd etməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 8

VAKANSİYA 9

Trenders Agency MMC

Kopirayter təcrübəçi

Son tarix 19 dek 2021 

Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı: Marketinq şöbəsi

Namizədlərə biz təklif edirik: 

  • Ödənişli təcrübə müddəti;
  • Öz işinin peşəkarları yanında təcrübə keçmək;
  • Güclü komandada işləmək;
  • Real iş mühiti ilə tanış olmaq;
  • Peşəkar karyeranıza başlanğıc üçün böyük nailiyyətlər əldə etmək.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil (Jurnalisika və ya filologiya sahəsində arzuolunandır);
  • Azərbaycan və Rus dillərinin orfoqrafiyasını mükəmməl bilməli (Rus dili və İngilis dili biliyi arzuolunandır);
  • MS Office proqramları üzrə biliklər;

Namizədlər 2 istiqamətdə qiymətləndiriləcək:

  1. Proqramın sonunda sertifikatla təltif olunma;
  2. Proqramın sonunda agentlikdə işlə təmin olunma.

Şəkilli CV məlumatlarınızı movzuda “Kopirayter təcrübəçi” başlığı ilə e-mail ünvanına göndərin.

VAKANSİYA 10

Celt Colleges

SAT müəllimi (Sumqayıt)

Son tarix 19 dek 2021 

İş barədə məlumat:

  • Müxtəlif yaş qruplarına tədris mərkəzimizdə ingilis dilində SAT tədrisi 
  • Dərslərin mərkəzimiz tərəfindən hazırlanmış proqram üzrə tədrisi   
  • Bütün namizədlər CELT COLLEGES də treyninq keçib və uğurla başa vurduqdan sonra işə qəbul olunurlar –
  • İş qrafiki: 10:00-dan 19:00-dək; 12:00-dan 21:00-dək.

 Yarım gün iş qrafiki axtaranlara xahiş olunur ki cv-lərin göndərməsinlər!

Namizədə tələblər:

  • İngilis dilini yüksək səviyyədə bilməlidir 
  • Ali təhsilli olmalıdır 
  • Pozitiv, işini sevən olmalıdır.
  • Cambridge ve ya Cambridge sertifikatlarına ekvivalent başka sertifikatları (CELTA, TEFL, SAT və s.) olan müəllimlərə üstünlik verilir

Maraqlanan şəxslər CV-lərini  “SAT müəllimi” başlığı ilə göndərə bilər ([email protected]).

Mob: 055 201 80 05

VAKANSİYA 11

Purple MMC

Satış təmsilçisi

 Son tarix 19 dek 2021 

Tələblər:

  • Yaş həddi 22-35
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək (ingilis dili arzuolunandır)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Ünsiyyətcil, mehriban, pozitiv olmaq
  • Kollektivdə işləmə bacarığı
  • İş təcrübəsi: Satış üzrə 3 il

Vəzifələr:

  • Mağazada satış əməliyyatını prosedur əsasında həyata keçirmək
  • Məhsul və xidmətlə əlaqədar müştəri suallarının cavablandırılması
  • Mağazada yüksək xidmət səviyyəsini təmin və nəzarət etmək (təmizlik, səliqə, musiqi, paketləmə və s.);

İş şəraiti:

  • 6 günlük növbəli iş həftəsi
  • AR əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, ödənişli məzuniyyət
  • Bonus sistemi
  • Əmək haqqı qarşılıqlı razılaşma yolu ilə təyin ediləcəkdir

CV-lərin mövzu bölümündə satış təmsilçisi qeyd edərək e-mailə göndərilməsi tələb olunur ([email protected]).

VAKANSİYA 12

Qala Group

İnşaat mühəndisi (sahə mühəndisi)

Son tarix 19 dek 2021 

Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı: İnşaat (tikinti və təmir işləri üzrə)

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini,təmin-edir;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş,təlimatı,keçmək;
  • Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək; Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir.
  • Təbii sərvətlərin, enerjinin, materialların faydalı istifadə olunmasına imkan yaradır. Metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır. Texniki-iqtisadi təhlil aparır, qəbul olunan və həyata keçirilən qərarları kompleks şəkildə əsaslandırır. İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırır, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərir.
  • Tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır. Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparır. İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir. İşçilərin elmi-texniki biliklərinin artırılması işini təmin edən yaradıcılıq meyllərinin inkişafına, səmərələşdirmə, ixtiraçılıq, elm və texnikanın nailiyyətlərinin tətbiqinə, qabaqcıl təcrübənin istifadəsinə imkan yaradır. 
  • Mütləq şəkildə, tikinti, təmir və MEP işləri üzrə bilikləri olmalı, layihələrin hər birini incələməyi və yerində doğru icra etdirildiyinə nəzarət etməyi bacarmalıdır.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • İnşaat mühəndisi diplomu (sənaye və mülki tikinti üzrə)
  • İş təcrübəsinin olması vacibdir
  • İngilis dil mütləqdir, Rus dili arzu olunandır

Xahiş olunur  şəkilli CV-ləri e-mail ünvanına göndərin və mövzuda vakansiyanın  adın“Sahə mühəndisi” qeyd edin ([email protected]).

VAKANSİYA 13

Autolux Azerbaijan LLC

Hüquq məsləhətçisi

Son tarix 19 dek 2021 

 İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Namizədə olan tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti ;
  • Müvafiq sahədə  minimum 3 il iş stajı ;
  • Mövcud qanunvericilikləri bilmək;
  • Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word);
  • Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri: 

  • Şirkətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi  ;
  • Müqavilə layihələrinin hazırlanması, şirkətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi ; 
  • Bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında Şirkətin təmsil edilməsi, daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanılması, biznes proseslərə uyğunlaşdırılması;  
  • Şirkət daxili şöbələrinin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək;
  • Qəbul edilən sorğular əsasında hüquqi rəy verilməsi, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
  • Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək; 

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq ([email protected]).

VAKANSİYA 14

Mandarin.az

Satış nümayəndəsi

Son tarix 19 dek 2021 

Öhdəliklər:

  • Sifarişləri vaxtında tələb olunan ünvanlara çatdırmaq;
  • Sifarişləri dəqiq ünvana təhvil vermək üçün müştərilərlə əlaqə saxlamaq;
  • Məhsulların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək;
  • Müştərilərdən ödənişlərin toplanması (nəğd və post terminallarla);
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;
  • Müştərilərlə bağlanacaq müqavilələri müvafiq şöbələr təhvil vermək;
  • Təhvil verilən məhsulun lazım gəldikdə müştəriyə nümayiş etdirilməsi, məlumatın verilməsi.

Tələblər:

  • Elektronika məhsullarının satışı sahəsində təcrübə
  • Satışları təhlil etmək bacarığı;
  • Bakı şəhərini yaxşı tanımalı;
  • Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
  • İnkişafa meyilli;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
  • Yaş həddi – 23-40 arası.
  • Rus dilini yaxşı bilməli

Qeyd: Elektronika məhsulları üzrə biliklərin olması mütləqdir.

Əmək haqqı yüksək və rəqabətlidir.

İş qrafiki: 6 günlük, həftədə bir dəfə qrafikə əsasən istirahət.

Məhsulların çatdırılması zamanı nəqliyyat(sürücü ilə birlikdə) və işçi heyəti şirkət tərəfindən təqdim edilir.

Vakansiyaya müraciət üçün CV-nizi “Satış nümayəndəsi” mövzusu ilə göndərməyiniz xahiş olunur ([email protected]).

VAKANSİYA 15

Ziraat Bank Azərbaycan

Beynəlxalq ticarət bankçılığı şöbəsinə aparıcı /baş mütəxəssis

Son tarix 19 dek 2021 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi; 
  • Yüksək analitik qabiliyyət;
  • Korporativ müştəri cəlb etmə (satış) təcrübəsi;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
  • Mükkəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).

Əsas vəzifələr:

  • Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
  • Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • İxrac və idxal akkreditivləri, bank qarantiyaları mətnlərinin hazırlanması və tərəflər ilə razılaşdırılması;
  • Sənədli əməliyyatlar ilə bağlı banka daxil olan tamamlanmış tələblərin yoxlanılması və rəy bildirilməsi;
  • Müştərilərin bank zəmanətləri, akkreditivlər, digər sənədli əməliyyatların, idxal öncəsi və  sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
  • Müxbir banklar ilə və İxrac – Kredit Agentliyi ilə danışıqlıqların aparılması;
  • Müştəri Xidmətləri mütəxəssisləri ilə birlikdə sənədli əməliyyatların satışının təşkil olunması.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Beynəlxalq Ticarət Bankçılığı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected]). 

fed.az