Rusiya dizelinin ABŞ-a ixracı 2018-ci ildən bəri maksimuma çatıb

366

Rusiyanın 2 mln. barel dizel yanacağını daşıyan dörd tanker ABŞ-ın şərq sahillərinə doğru yollanı və gələn həftə Nyu-York və Nyu-Heyvenə çatmalıdır.

“APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi qlobal enerji ticarəti axınlarını izləyən “Vortexa” şirkətinə istinadən xəbər verir.

Şirkətin məlumatına görə, 2 mln. barel – 2018-ci ildən bəri tədarükün maksimal həcmidir.

“GlobalPetrolPrices”in məlumatına görə, 2021-ci il avqustun 9-dan noyabrın 15-dək ABŞ-da dizel yanacağının bir litrinin orta qiyməti 0,90 dollar, minimum qiymət isə 0,87 dollar olub. Artım sentyabrın ortalarında başlayıb, noyabrda isə qiymət stabilləşib. “Bloomberg”in məlumatına görə, ABŞ-da dizel yanacağına tələbat hələ də yüksəkdir, ehtiyatlar isə azdır.