Xarici ticarət dövriyyəsində “Yaşıl dəhliz”dən istifadə edən sahibkarların payı nə qədərdir?

56

2021-ci ilin yanvar-oktyabr ayları ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edən xarici ticarət iştirakçılarının xarici ticarət dövriyyəsində idxal əməliyyatları üzrə payı 42,21 faiz, ixrac əməliyyatları üzrə isə 30,31 faiz təşkil edib.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, kənd təsərrüfatı və yeyinti məhsullarında “Yaşıl dəhliz” üzrə idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib.