“Fitch” SOCAR-ın reytinqini təsdiqlədi

336

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini və prioritet təminartsız reytiqnini “BB+” səviyyəsində təsdiqləyib.

“Report”un agentliyə istinadən verdiyi xəbərə görə, emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozu “neqativ”dir, bərpa reytinqi isə RR4-dür.

“SOCAR səhmlərinin hamısı dövlətə məxsus şirkətdir və reytinqi, onun proqnozunu müəyyən edərkən bunlar nəzərə alınıb. Bu maliyyə zəmanətləri, nağd ödəmələr, kapital inyeksiyaları, habelə SOCAR-ın sosial funksiyaları və onun dövlət əhəmiyyətli neft-qaz layihələrində əhəmiyyətini əks etdirir.

Biz SOCAR-ın müstəqil reytinqi üzrə “b+” olaraq müəyyən etməyə davam edirik”.