Myanmada dalğa 15 nəfərin ölümünə səbəb olub

67

Bu gün Myanmanın cənubundakı Mon ştatında dalğa ən azı 15 nəfərin ölümünə səbəb olub.
APA-nın “Xinhua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 07.30 radələrində baş verib.
Sahil boyu hərəkət edən zəvvarları dalğa dənizə sürükləyib.
Hazırda xilasetmə əməliyyatı aparılır.