“Abeskun” teploxodu Volqa-Xəzər dənizi kanalında saya oturub

62

Filanovski yatağı – Həştərxan limanı marşrutu ilə hərəkət edən  “Abeskun” quru yük gəmisi Volqa-Xəzər dənizi kanalının 158 km-də saya oturub.

“Seanews.az” Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə baş idarəsinin məlumatına istinadən xəbər verir ki, heyəti 8 nəfərdən ibarət gəmidə xəsarət alan yoxdur. Neft məhsullarının sızması aşkar edilməyib və kanalda hərəkət pozulmayıb.

Artıq “Tarpan” yedək gəmisi “Abeskun” teploxoduna kömək etmək üçün yola düşüb.