“North Field” yatağında LNG istehsalını iki qat artırmağı planlaşdıran Qətər LNG donanmasına 6 yeni gəmi daxil edəcək.
“Seanews.az” xəbər verir ki, bu məqsədlə Qətərlə Cənubi Koreya arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, gəmilərdən 4-ü “Daewoo Shipbuilding & Marine Engineering”də? 2-si “Samsung Heavy Industries”də inşa olunacaq.
Ümumilikdə 2027-ci ilədək Qətər Cənubi Koreyadan 19 milyard dollar dəyərində 100 LNG gəmisi almağı planlaşdırır.