Şri Lankada kater batıb, 6 nəfər ölüb

51

“Şri Lankanın qərbində katerin aşaraq batması nəticəsində 6 nəfər ölüb”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Şri Lanka Donanmasının sözçüsü İndika de Silva bildirib.

Onun sözlərinə görə, kater ölkənin Kurinçakeni bölgəsindən şimalda yerləşən Kinniya sahillərinə hərəkət edirmiş.

Məlumata görə, katerdəki 12 sərnişin sağ xilas edilib. Su nəqliyyat vasitəsinin göyərtəsindəki sərnişinlərin sayı hələlik məlum deyil.