Almaniyada gəmilər heyətləri ilə birlikdə karantinə alınıb

50

Antiqua və Barbuda bayrağı altında üzən “BBC MAINE” balkeri və Malta bayrağı altında üzən“IRENE DP” tankeri  heyətləri ilə birlikdə Almaniyanın Kil limanında karantindədirlər.

“Seanews.az” xəbər verir ki, quru yük gəmisi Kil kanalı vasitəsilə Hamburqa tranzit üçün Finlandiyanın Hamin limanından, tanker isə Almaniyaya Polşanın Qdansk limanından gəlib.

İlkin məlumatlara görə, hər iki gəminin göyərtəsində koronavirusa yoluxma halları qeydə alınıb.

Heyət üzvlərinin vəziyyəti və vətəndaşlığı barədə məlumatlar dəqiqləşdirilir