Fransadan Britaniya gedən miqrantların qayığı La-Manş boğazında aşıb, 5 nəfər ölüb

44

La-Manş boğazından qanunsuz yollar keçərək Fransadan Böyük Britaniyaya getmək istəyən miqrantların qayığı aşıb.

APA AFP-yə istinadən xəbər verir ki, Kale bölgəsində baş verən hadisə nəticəsində 5 miqrant boğularaq ölüb.

Xilasedicilər 15 nəfəri sudan çıxarıb, onlardan 5-nin huşsuz vəziyyətdə olduğu bildirilib.