Rusiya Danimarkada elmi-tədqiqat gəmisinin saxlanması ilə bağlı xüsusi komissiya yaradıb

46

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi Danimarkada “Akademik İoffe” elmi-tədqiqat gəmisinin saxlanması ilə bağlı xüsusi komissiya yaradıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Seanews.az”-ın məlumatına görə, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin nəzdində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin komissiyası Skaren limanında (Danimarka Krallığı) “Akademik İoffe” gəmisi ilə bağlı faktların yoxlanılması üzrə iş aparır. Komissiyaya Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavinləri Aleksey Medvedev və Pyotr Kuçerenko başçılıq edirlər.

Rusiyanın Danimarkadakı səfirliyindən bildiriblər ki, elmi-tədqiqat gəmisinin Skaren limanında saxlanılması “Akademik İoffe”nin əvvəlki fəaliyyəti ilə bağlı üçüncü tərəfin iddiası çərçivəsində müvəqqəti tədbir kimi həyata keçirilib. Danimarka təhlükəsizlik rəsmiləri həmçinin gəminin bir sıra sənədlərini götürüblər.

Səfirlik “Akademik İoffe” gəmisinin saxlanmasına əsas verən məhkəmə qərarının surətini götürərək Rusiya Xarici İşlər Nazirliyinə verib.