ABŞ “Şimal axını – 2” qaz kəmərinin reallaşdırılmasında iştirak edən gəmilərə qarşı sanksiyalar tətbiq edir

45

ABŞ “Şimal axını – 2” qaz kəmərinin reallaşdırılmasında iştirak edən iki gəmi və bir şirkətə qarşı sanksiyalar tətbiq edir.

“Seanews.az” xəbər verir ki, yeni məhdudlaşdırıcı tədbirlər “Rusiyaya bağlı şirkət” “Transadria Ltd” və ona məxsus “Marlin” gəmisinə təsir edəcək. “MarineTraffic” portalının məlumatına görə, gəmi Rusiya bayrağı altında üzür. İkinci gəminin adını dəqiqləşdirməyib.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov vəziyyəti belə şərh edib: “Biz Rusiyanın Avropaya neft və qaz ixracına qarşı bütün cəhdləri azad bazar prinsiplərini sarsıdan ədalətsiz rəqabət kimi qiymətləndiririk”.

Bundan əlavə, Rusiya, Rusiyanın enerji siyasəti ilə bağlı ittihamları qəti şəkildə rədd edir. “Bu cür bəyanatlar ABŞ-ın ölkəmizlə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq qurmağa hazır olan öz müttəfiqlərinə hörmətsizliyini göstərir”, – deyə Rusiya səfiri bildirib. Onun sözlərinə görə, Rusiya enerji sektorunda etibarlı tərəfdaş olduğunu praktikada sübut edib.

Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Cim Rişin başçılıq etdiyi bir qrup respublikaçı senator ölkənin 2022-ci il üçün müdafiə büdcəsinə “Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiyaların əlavə edilməsini təklif etmişdi. Müvafiq təklifi altı qanunverici, o cümlədən Riş göndərib.