Fransa sahillərində qayığın batması nəticəsində 27 miqrant həlak olub

32

Böyük Britaniyaya çatmaq üçün La-Manş boğazını keçməyə çalışan qayığın Fransa sahillərində batması nəticəsində azı 27 miqrant həlak olub.

Trend xəbər verir ki, bu barədə Fransa polisinin bəyanatında bildirilir.

La-Manş və Şimal dənizi hövzəsi prefekturasının saytında yerləşdirilən məlumata görə, fransız xilasedicilər itkin düşən miqrantları axtarır.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter və üç qayıq cəlb edilib. Prefekturadan verilən ilkin məlumatlara görə, qayıqda Böyük Britaniyaya getmək üçün boğazı keçməyi planlaşdıran 50-yə yaxın adam olub.