Hayfonda dəniz konteynerləri zavodu tikiləcək

48

Cənubi Koreyanın “Seojin Systems” və “Ace Engineering” şirkətləri Vyetnamda dəniz konteynerləri zavodu açacaqlar.

“Seanews”-in məlumatına görə,  layihə hökumətin konteyner çatışmazlığının aradan qaldırılması strategiyasına uyğun olaraq dövlətə məxsus “Korea Ocean Business Corporation” (KOBC) tərəfindən maliyyələşdirilir.

Əvvəllər zavodun Cənubi Koreyanın limanlarından birində tikilməsi nəzərdə tutulurdusa, sonradan torpaq sahəsi və işçi qüvvəsi xərclərinin yüksək olması səbəbindən bu plandan imtina edilib. Buna görə, ayda 4000 konteyner istehsal gücünə malik zavod Hayfonda tikiləcək. Onun 2022-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

KOBC zavodun Koreya yükgöndərənləri üçün konteyner çatışmazlığı problemini xeyli yüngülləşdirəcəyinə əmindir. HMM artıq “Korea Ocean Business Corporation” ilə konteyner tədarükü müqaviləsi imzalayıb.