Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 28 milyard 432,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 20,4 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 ayda qaz nəqlinin 50,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 14 milyard 364,9 milyon kubmetr təbii qaz ixrac edilib.