Dominikan sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

41

Dominikan Respublikasının şərq sahillərində qayıq aşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri feysbuk səhifəsində məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər həlak olub, təxminən 23 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd olunur ki, qayıqda olan sərnişinlər Puerto-Riko ərazisinə qanunsuz keçməyə cəhd ediblər.

İlkin məlumata görə, insidentə əlverişsiz hava şəraiti səbəb olub.