Gələn ay Asiya regionunda yeni xidmət fəaliyyətə başlayacaq

47

Çin, Sinqapur və Qərbi Malayziya limanlarını birləşdirən yeni həftəlik Çin Boğazları Xidməti (“China Straits Service”) dekabrın 18-də fəaliyyətə başlayacaq.

“Seanews.az” xəbər verir ki, yeni xidmət  Sindao – Şanxay – Syamen – Nanşa – Sinqapur – Kelanq – Penanq – Kelanq – Pasir Qudanq – Nanşa – Sindao limanlarını əhatə edəcək.

Xəttə “PIL”, “Goldstar Lines” (GSL) və “Orient Overseas Container Line” (OOCL) şirkətlərindən ibarət konsorsiumun 2800 TEU tutumlu 4 konteynerdaşıyan gəmisi cəlb olunacaq.