Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi gələn il istifadəyə veriləcək

48

Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant” gələn ilin avqust ayınadək milli dəniz qüvvələrinin tərkibinə daxil ediləcək.

“Seanews.az”-ın məlumatına görə, bu barədə cümə axşamı Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Karambir Sinq bildirib. Admiral Mumbayda yeni “Vela” sualtı qayığının qəbulu mərasimində çıxış edərkən deyib: “Biz bu yaxınlarda “Vikrant” təyyarədaşıyan gəmisinin uğurlu dəniz sınaqlarını keçirdik. Biz “Vikrant”ın 2022-ci ilin avqust ayına kimi istismara verilməsini təmin etməliyik”.

Oktyabrda “Vikrant” Ərəb dənizində dəniz sınaqlarının ikinci mərhələsini keçib, birinci mərhələ avqustda baş tutub. Bütün testlər qənaətbəxş olub.

Gəmi Rusiya istehsalı olan “MiQ-29K” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31 və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Təyyarədaşıyan gəmidə layihələndirmə işlərinə 1999-cu ildə başlanmış, özülü on il sonra qoyulmuş, gəmi 2011-ci ildə quru dokdan çıxarılmış və 2013-cü ilin avqustunda suya buraxılmışdır. Koronavirus pandemiyası səbəbindən təyyarədaşıyan gəminin avadanlıqları üzərində işlər xeyli ləngimişdir.