Oktyabrda dəniz limanlarında 731,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 720,1 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1700 nəfər olub.