“Ro-Ro” gəmiləri seriyasından üçüncü gəmi suya buraxılıb

45

Çinin “China Merchants Jinling” gəmiqayırma zavodunda (Szyansu əyaləti, ÇXR) “Finnlines” şirkətinin sifarişi ilə inşa edilmiş Ro-Ro gəmiləri seriyasından üçüncü gəmi suya buraxılıb.

Seanews-in məlumatına görə,  “Finneco III” gəmisinin uzunluğu 238 m, eni 34 m, ümumi tutumu – 60,5 min ton, dedveyti – 17,3 min ton, istismar sürəti – 20,7 düyün, yük tutumu – 5,8 min xətti metrdir.

İki mühərrikin gücü 12,7 min kVt təşkil edir. Bu tip ən böyük gəmilərlə müqayisədə bu seriyanın yükgötürmə qabiliyyəti demək olar ki, 40% artırılıb.

Gəminin ən mühüm xüsusiyyəti onun hibrid güc qurğuları sistemidir. Ətraf mühiti az çirkləndirir.

Limanlara daxil olarkən litium-ion akkumulyatorlardan enerji alacaq gəmi həmçinin günəş panelləri ilə təchiz olunub və hərəkət zamanı hava ilə yağlanan gövdə texnologiyasından istifadə edir.

Yeni gəmi 2022-ci ildə istismara veriləcək.