Niderlandda üzən ferma fəaliyyət göstərir

156

Niderlandın Rotterdam liman şəhərində fəaliyyət göstərən üzən ferma çoxsəviyyəli kənd təsərrüfatı mərkəzi və robotlaşdırılmış süd istehsalı müəssisəsidir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, üzən ferma Niderlandın daşınmaz əmlak inkişafı şirkəti tərəfindən yaradılıb və açıq dənizdən təhlükəsiz məsafədə mühafizə olunur.

Üzən fermanın üstünlüklərindən biri materikdə yerləşən tövlələrlə müqayisədə təzə, sağlam qidaları sürətlə inkişaf edən şəhərlərin sakinlərinə yaxınlaşdırmaqla yanaşı, qidaların uzun məsafələrə daşınması ilə bağlı istixana qazlarının ətraf mühitə güclü təsirlərini aradan qaldırır.

Bu fermaların digər üstünlüklərindən biri də odur ki, inəklər dəniz xəstəliyinə tutulmur.