Qasırğa konteynerdaşıyan gəminin heyətinə problem yaşadıb

428

Kanadanın Prince Rupert limanı akvatoriyasında güclü qasırğa zamanı “MSC Altair” konteynerdaşıyan gəmisi lövbərdən qopub və saya oturub.

“Seanews.az”-ın məlumatına görə, hadisədən sonra dedveyti 141 min ton olan  konteynerdaşıyan gəmi saydan çıxarılıb və yedəklə limana aparılıb.

Tələfat, neft dağılmaları, gəmiyə və yükə ziyan dəyməsi barədə məlumat verilməyib.