Şəhid kapitan Pərviz Məmmədov – VİDEO

91

Azərbaycan Ordusunun kapitanı Pərviz Məmmədov Vətən müharibəsi şəhididir. O, böyük əzm və iradə ilə atıldığı savaşın ilk üçüncü günündə Şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanımızın atası Ələddin Məmmədov ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda çalışır. Şəhidin atası deyir ki, Pərviz uşaqlıqdan hərbiyə böyük maraq göstərib və onun ən böyük arzusu general rütbəsinə yüksəlmək olub.