Nigeriyada gəmi batıb, onlarla insan ölüb

93

Nigeriyanın Kano əyaləti sahillərində Baqvay çayında gəmi batıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, çaydan 20 nəfərin meyiti çıxarılıb.

Gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfər xilas edilib.

İtkin düşən sərnişinlərin axtarışları davam edir.

Gəmidə təxminən 40-50 nəfərin olduğu təxmin edilir.