Panama bayraqlı gəmidə işləyən Anar Orucov bədbəxt hadisə nəticəsində dənizə düşdü

934

Türkiyənin Zonquldak bölgəsinin Ereğli rayonu sahillərində Panama bayraqlı quru yük gəmisinin heyət üzvü, 22 yaşlı Azərbaycan vətəndaşı Anar Orucov bədbəxt hadisə nəticəsində dənizə düşüb.

virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən gecə saat 02.00 radələrində baş verib. Ereğli rayonu sahillərində limana lövbər atan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisinin personalı gəmidə qopan lövbər kəndirini bağlamağa çalışıb. Bu məqamda limandakı başqa gəminin kəndiri küləyin təsiri ilə ona çırpılıb və Anar Orucov müvazinətini itirərək dənizə yıxılıb. Bölgəyə dalğıclar cəlb edilib, hazırda onun axtarışları davam etdirilir. Bədbəxt hadisə yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

virtualaz.org