Bohay dənizində yanğın zamanı ciddi xəsarət alan dənizçi xəstəxanaya çatdırılıb

76

Maşın şöbəsində baş verən partlayış və yanğından “HUATONG99” yük gəmisi ziyan  çəkib.  

“Seanews.az” xəbər verir ki, Bohay dənizində, Penlaydan (Çin) təxminən 62 dəniz mili şimal-qərbdə olarkən gəmidən heyət üzvlərindən birinin təcili tibbi yardıma ehtiyacı olması barədə qəza siqnalı verilib.

Dəniz Xilasetmə Koordinasiya Mərkəzi zərərçəkmişi təxliyə etmək üçün xilasedici gəmi və helikopter göndərib. Ağır yanıq xəsarətləri alan dənizçi xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilir.

Gəmi isə yedəyə alınaraq Tsaofeydiyana (Tyanszin) aparılıb.