Ehtiyyatlı olun:dələduzlar yenə “iş başındadırlar”

375

Son vaxtlar dələduzların, eləcə də üzən heyət üzvlərinə iş tapmaqda kömək vəd edən saxta reklamların sayı xeyli artıb.

“Seanews.az” Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (ITF) istinadən xəbər verir ki, birinci halda, fırıldaqçılar özlərini “Tide Marine”-nin nümayəndələri kimi təqdim ediblər. Onlar fırıldaq yolu ilə gəmilərdə boş yer axtarıblar.

Potensial iş axtaranlarla [email protected] e-poçt ünvanı və ya +380 994 943800 telefon nömrəsi ilə əlaqə saxlanılıb.

İşə qəbulun son mərhələsindən əvvəl fırıldaqçılar dənizçilərdən 1000 ABŞ dolları məbləğində avans tələb ediblər.

İkinci halda, fırıldaqçılar özlərini “MJK Migrations” şirkətinin işçiləri kimi təqdim ediblər. Fırıldaqçılar iş axtaran dənizçilərlə iki e-poçt ünvanından əlaqə saxlayıblar – [email protected] və [email protected].

Elektron məktublarda onlar dənizçilərə “saxta vizalar” və müxtəlif ölkələrə giriş icazələri almaqda köməklik təklif ediblər.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası donanmalarda iş axtaranları ehtiyatlı olmağa çağırır. Çünki dələduzlar hazırda xidmətlərini mümkün qədər qabarıq və real təqdim etmək üçün elektron poçt ünvanlarından və saxta saytlardan istifadəyə qədər ilk baxışdan real kimi görünən ən mürəkkəb yollar  tapırlar. Başqa sözlə, fırıldaqçılar bu gün hər kəsi – işəgötürən agentlərdən tutmuş, dünyaca məşhur gəmiçilik şirkətlərinin nümayəndələrinə qədər – hər kəsi təqlid edə bilərlər.