Vətən müharibəsi iştirakçısı Nəbi Qurbanlı – VİDEO

102

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Nəbi Qurbanlı Cəbrayıl rayonunda dünyaya göz açıb, elə körpə olarkən doğma yurd-yuvasından didərgin düşüb.

İllərdir Vətən həsrəti ilə yaşayan həmkarımızın indi torpaqlarımızın düşmən tapdağından azad olunmasından doğan sevinci yerə-göyə sığmır. O, döyüş xatirələrini, qələbə təəssüratlarını böyük qürurla bölüşür.