Əlverişsiz hava şəraiti səbəbindən İstanbulda gəmi batıb

341

Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən İstanbul sahillərində gəmi batıb.

AZƏRTAC xəbər verir ki, hadisə İstanbulun Maltəpə rayonunun sahilə yaxın ərazisində baş verib.

Yayılan məlumatlarda gecə saatlarında güclü küləyin təsiri nəticəsində sahilə çırpılan “Ayiş” adlı gəmiyə su dolduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.