Fransa Britaniya baş nazirinin La-Manşda birgə patrul təklifini rədd edib

388

Fransanın baş naziri Jan Kasteks britaniyalı həmkarı Boris Consonun qeyri-qanuni miqrasiya ilə mübarizə üçün La-Manş boğazında Britaniya-Fransa birgə patrulunun yaradılması ideyasını rədd edb.

Trend xəbər verir ki, bununla belə Fransa məsələylə bağlı Böyük Britaniya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğu vurğulanır.

“Biz sahillərimizdə Britaniya polisinin və ya hərbi patrul xidmətinin olmasını qəbul edə bilmərik. Bu, bizim suverenliyimizlə bağlı olan məsələdir”, – deyə Kasteksin Boris Consona ünvanladığı məktubda bildirilir.

Qeyd edək ki, Boris Conson Britaniya sahillərinə çatmağa cəhd edərkən 27 miqrantın həyatını itirməsindən sonra Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məktubda birgə sahil patrulunu təklif etmişdi.