Türkiyədə Meteorologiya İdarəsi əhaliyə “Lodos” küləyinin daha güclü formada qayıdacağı ilə bağlı xəbərdarlıq edib.
Egey bölgəsində qüvvətli yağış, Mərmərə bölgəsində qasırğa təhlükəsi gözlənilir.
Şiddətli külək səbəbilə vətəndaşlara ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq edilib.
Türk Hava Yolları İstanbulda gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bəzi gəmi səfərləri təxirə salınıb.
Xatırladaq ki, İstanbulda ötən günlərdə baş verən qasırğa altı nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.
Mənbə: TRT Haber