“K” Line gəmiçilik şirkəti avtomobil daşıyan gəmisində bioyanacağı sınaqdan keçirib

368

Yaponiyanın “Kawasaki Kisen Kaisha, Ltd.” (“K” LINE) xətti gəmiçilik şirkəti gəmisinin bioyanacaqla sınaq səfəri uğurla başa çatıb. Sınaq səfərində  “Polaris Highway” avtomobillərinin daşınması həyata keçirib.

“Seanews.az  xəbər verir ki, “K Line” dəniz bioyanacağının tədarükü üçün BP ilə müqavilə imzalayıb.

Şirkət hesab edir ki, dəniz bioyanacaqları ekoloji cəhətdən təmiz alternativ yanacaq növünə çevrilə bilər. Bu cür yanacaqlar dəniz mühərrikinin texniki xüsusiyyətlərində dəyişiklik edilmədən belə,  CO2 tullantılarını 80-90%  azaltmağa imkan verir.

2050-ci ilə qədər təsdiqlənmiş ətraf mühit strategiyasında “K” Line 2030-cu ilə qədər CO2 səviyyəsini 2008-ci illə müqayisədə 50% azaltmağı hədəfləyir ki, bu da IMO hədəflərindən 10% yüksəkdir. Şirkət həmçinin 2050-ci ilə qədər istixana qazlarının emissiyalarının sıfır səviyyəsinə nail olmaq istəyir. Bu məqsədə nail olmaq üçün karbon-neytral dəniz yanacaqlarının yeni növlərinin tətbiqi üzrə işlər aparılacaqdır.

“K” LINE Yaponiyanın ən qədim və ən böyük şirkətlərindən biridir. 1919-cu ilin aprelində yaradılan şirkət  dəniz və intermodal daşımalar üzrə ixtisaslaşıb. Quru yük, konteyner, Ro-Ro gəmilərinin, neft və LNG tankerlərinin donanmalarını və bütün dünyada konteyner terminallarını idarə edir.