“Yang Ming” şirkəti dekabrın 1-də “YM Together” adlı konteynerdaşıyan gəmini qəbul edib.
“Seanews.az” xəbər verir ki, bu, şirkətin “Shoei Kisen Kaisha, Ltd”-dən icarəyə götürdüyü 11.000 TEU konteyner gəmisi seriyasından doqquzuncudur. Əvvəlki gəmiləri kimi, “YM Together” də Yaponiyanın Xirosima şəhərindəki “Imabari Shipbuilding Co., Ltd” tərsanəsində inşa edilmişdir.
Konteynerdaşıyan gəmilərin uzunluğu 333,9 metr, eni 48,4 metr, sürəti 23 düyündür.
“YM Together” Asiya və Şimali Amerika arasında üzəcək. Honkonq – Yantyan – Şanxay – Busan – Vankuver – Suetl – Pusan – Qaosyun – Honkonq xətti üzrə hərəkət edəcək konteynerdaşıyan gəmi ilk səfərinə dekabrın 5-də çıxacaq.