Danimarka Krallığının Azərbaycanda qeyri-rezident səfiri Danny Annan, onu müşayət edən Bakıdakı fəxri konsulu Arnoud Govaert və Hempel Coatings (LTD) şirkətinin nümayəndələri ilə Bakı Gəmiqayırma Zavodunun Baş Meneceri İmanverdi Həsənov arasında görüş baş tutub.
Görüş zamanı qonaqlara zavodun cari fəaliyyəti və istehsal potensialı, həmçinin mövcud və tamamlanmış layihələr haqqında ətraflı məlumat verilib.
Tərəflər əlaqələrin inkişaf edəcəyinə inamlarını bildirərək, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.