Çində idxal və ixrac əməliyyatlarının həcmi artıb

347

Çinin xarici ticarət dövriyyəsində artım qeydə alınıb.

APA Çinin Statistika xidmətinə istinadla bildirir ki, noyabrda Çində idxal illik əsasda 31.7% artıb

Ekspertlər artımı daxili tələbatın yüksək olması ilə izah edirlər. İdxal həcmi bütün proqnozları üstələyib.

İxracın həcmi də proqnozdan böyük olub. Ekspertlər cəmi 18% artım gözlədiyi halda, göstərici 22% olub. İxracın artımına səbəb Qərb ölkələrində gündəlik istehlak məhsullarına və Yeni il ləvazimatlarına tələbatın artmasıdır.

Ümumilikdə, pandemiya dövründə Çinin ixracının artmasının başlıca səbəbi dünyada tibbi ləvazimata və kompüterə tələbatın artmasıdır. Sərt karantin dövründə evdən iş rejimi tətbiq edilən ölkələrdə kompüterə tələbat rekord həddə artıb. İndi isə Qərb ölkələrində əksər müəssisələr adi iş rejimini bərpa etdiyi üçün tələbat azalıb.