“Dənizdə müstəsna cəsarətə görə” mükafatının sahibi məlum olub

103

Dekabrın 6-da Beynəlxalq Dəniz Təşkilatının Londondakı mənzil-qərargahında “Dənizdə müstəsna cəsarətə görə” mükafatının təqdim olunması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, əsas mükafatın keçən il “Vietship 01” yük gəmisinin xilas edilməsi əməliyyatında iştirakında göstərdiyi cəsarətə görə vyetnamlı xilasedici Tran Van Hoiyə təqdim edilməsi qərara alınıb.

Onun layiq görüldüy mükafat Beynəlxalq Dəniz Təşkilatında Vyetnam nümayəndə heyətinin rəhbərinin müavini To Minh Tuya təqdim edilib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında  “Vietship 01” yük gəmisinin xilasetmə əməliyyatı zamanı  Tran Van Hoi bortdan kənarda olan dənizçiləri xilas etmək üçün bir neçə dəfə suya atılıb, dəfələrlə digər heyət üzvlərini təxliyyə etmək üçün qayıq və katerlərlə qəza   vəziyyətində olan gəmiyə yaxınlaşmağa cəhd edib.