Taleh Ziyadov: “Zəngəzur dəhlizinin açılışı Bakı Limanının dövriyyəsini artıracaq”

360

“Zəngəzur dəhlizinin açılması Bakı Limanının böyük potensialı olduğu ortaya çıxartdı və gələcəkdə yükdaşımaların artmasını gözləyirik”.

“Report” xəbər verir ki, bunu , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov bu gün jurnalistlər üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sovet dövründə ən önəmli dəhlizlərdən biri idi: “Sovet İttifaqı ölkələri arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı. Bizim ölkəmizində Culfadan İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra bu dəhlizdə yükdaşıma tamamilə yox oldu. İkinci Qarabağ müharibəsindən sonrakı zəfərlə yeni perspektivlər həm Azərbaycan, həm də region üçün açılmaqdadır.

Biz liman olaraq dəhlizinin çox böyük əhəmiyyətini görürük. Limandan dəmir yolu vasitəsilə Türkiyəyə, Agdənizə çıxış daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta Asiya ilə çox ciddi ticarəti var. Bu ticarət dövriyyəsi daim artır. Bu dövriyyənin Bakı Limanı vasitəsilə artmağını ehtimal edirik, buna hazırlıq görürük”.

Onun sözlərinə görə, qonşu limanlarla, xüsusilə Qazaxıstan, Türkmənistan limanları ilə yaxın əlaqələrin yaradılması işlərin harmonizasiyası, işlərin yaxından əlaqələndirilməsi bizim regionun ticarətinə çox böyük əhəmiyyəti var.