bp şirkəti Azərbaycanda yeni, çevik təşkilati struktur sayəsində məhsuldarlığın 20 faiz artımına nail olub.
Trend-in məlumatına görə, bunu şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell deyib.
“Dünyada indiki dəyişikliklər tempo fonunda gündəlik əməliyyatların köhnə üsulla idarə olunması ləng aparılırdı. Bizə şirkət daxilində məlumatlılığı və biznesə marağı artırmaq lazım idi. Biz əmin idik ki, yeni, çevik təşkilati struktur daha sürətli fəaliyyət göstərməyə, insanları və resursları paylaşdmağa imkan yaratdı. Hesab edirəm ki, biz öz sferamızda bu şəkildə çeviklik təşkil etmiş ilk şirkətik”, – deyə o bildirib.
Q.Birrell qeyd edib ki, bu addım çətin məsələlərlə bağlı qərarın qəbulunu sürətləndirdi, texniki məsələlərə daha çevik reaksiya göstərmək imkanı yaratdı.
“Yeni təşkilati struktur sayəsində artıq Azərbaycanda yaxşı nəticələr əldə olunub. Bu, daha motivasiyalı işçi qüvvəsi, daha sürətləndirilmiş qərar vermə prosesi və məhsuldarlığın 20 faiz artırılmasıdır. Biz bu təcrübədən çox şey öyrənmişik”, – Q.Birrel deyib.