Bu şirkətlər işçi yığır: əmək haqqı 400-800-1000-1700-2200 manat – 16 VAKANSİYA

951

VAKANSİYA 1

Irshad Electronics

Kreativ Menecer

Son tarix 10 yan 2022 

Tələblər:

  • Təhsil – Ali təhsilli
  • Yaş həddi – 24-35 yaş
  • Təcrübə – Marketinq və ya uyğun sahədə 2-5 il (kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir), namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq.
  • Dil biliyi – Azərbaycan səlis, (rus dili və ingilis dili arzuolunandır)

İş barədə məlumat:

  • Kommunikasiya kanalları üzrə reklam maketlərinin, video və audio reklamların kreativ ideyalarını təmin edir
  • Kreativ ideyaların istehsala uyğunlaşmasını həyata keçirir
  • Məhsul kateqoriyaları üzrə kreativ satış kampaniyaları üçün təkliflər verir
  • Kreativ konseptlər yaradır, həyata keçirilməsini təmin edir
  • Kreativ agentliklər üçün brifləri hazırlayır, reklam vendorları ilə işi təşkil edir
  • Fokus qruplar təşkil edir, ideya testləri həyata keçirir
  • Bazarda yenilikləri izləyir və işə adaptasiyasını təmin edir
  • Effektivliyi izləyir və rəhbərliyə hesabatlar təqdim edir
  • Şəxsi keyfiyyətlərə tələblər:
  • Yaradıcı
  • Təşəbbüskar
  • Çevik
  • Məsuliyyətli
  • Komandada işləmə bacarığı
  • Stresə davamlı

Əmək haqqı – Namizədin təcrübə və portfoliosundan asılı olaraq dəyişə bilər (1700 AZN) – hr@irtelecom.az

VAKANSİYA 2

Ram Holding

Recruitment Assistant

Son tarix 10 yan 2022 

Ram Holding is looking for Assistant to Recruitment Department. We don’t need professional experience in Recruitment it is entry-level position, we need young fresh graduates with passion to work, willing to learn and the person who want to have an opportunity that will let she/he build a solid professional foundation in HR Area.

Job duties:

  • Coordinate hiring activities.
  • Undertake clerical duties (e.g. answering emails and drafting offer letters)
  • Prepare and post job ads online.
  • Help with resume screening and initial phone screens.
  • Schedule interviews and keep calendars for all hiring teams and candidates.
  • Greet and assist interviewees onsite.

Main requirements:

  • Higher Education (fresh graduates and high entrance score/gpa are preferable)
  • MS Office – excellent knowledge (especially excel)
  • Excellent level of English language (C1)
  • Good communications skills
  • Active, social, team player

What we propose?

  • Good salary for non-experienced candidate: 400-500 azn net
  • Location: Yasamal distr. Matbuat ave.
  • I-V work week – 08:30- 17:30
  • Opportunity to grow&learn
  • Friendly and young collective& management

All fit and interested candidates can send their CV. Please indicate the name of position in subject line of mail – hr@ram.az

VAKANSİYA 3

Bizim Market 

Marketing departamentinin rəhbəri

Son tarix 10 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması;
  • Alıcıların tədqiqi, bazarın araşdırılması və analizi;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyən edilməsi;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;
  • Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Qiymət strategiyasının hazırlanması;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əməkdaşlıq;
  • Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət;
  • Reklamların sifariş olunmasına və hazırlanmasına nəzarət;
  • Məhsul və xidmətlərin inkişafına nəzarət;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi;
  • Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkili;
  • Rəhbərin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • Rəhbərlik etdiyi işçilərin işinə nəzarət, onlardan verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
  • Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Marketinq sahəsində ən azı 3 il təcrübə, ondan ən azı 1 il həmin sahədə rəhbər vəzifəsində;
  • Azərbaycan dili zəruridir, rus və ingilis dillərini bilməsi arzuolunandır;
  • Word və Excel proqramlarını, o cümələdə photoshop və dizayn proqramlarını bilməli;
  • Analitik və kreativ düşünmə tərzi;
  • Təqdim etmə bacarığı;
  • Sosial media işlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə;
  • Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı;
  • Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
  • Google ads üzrə işləmə bacarığı;
  • Reklamların və görülən işlərin analiz etmə bacarığı.

İş şəraiti:

  • İş vaxtı: I-V günlər, 09:00-18:00
  • Nahar yeməyi təmin edilir
  • Korporativ nömrə verilir
  • Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir.

VAKANSİYA 4

Güvənli MMC

Lombard kreditləri üzrə mütəxəssis (Quba, Xaçmaz)

 Son tarix 10 yan 2022 

İş haqqında məlumat:

  • Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı: 800-1000 manat (artan maaş) + bonus verilir;
  • İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək

Namizəd üçün tələblər:

  • Şəhər: Quba,Xaçmaz
  • Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
  • Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;
  • BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun namizədlər CV lərini ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CV göndərən zaman mövzu yerində “ Kredit  mütəxəssisi”  və Regionu qeyd etməyiniz xahiş olunur – hrguvenli@gmail.com

VAKANSİYA 5

Debet Safety

Satınalma üzrə mütəxəssis

 Son tarix 10 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırması aparmaq
  • Mövsümi sifarişləri etmək və ezamiyyəyə getmək
  • Məhsul qiymətləndirilməsi etmək
  • 1C-də nomenklatura ilə işləmə (Yaratma, doldurma, dəyişdirmə, yeniləmə)
  • 1C qiymətləri (qiymət siyahılarına görə məhsul qiymətlərinin daxil edilməsi)
  • Məhsulların adlarını sistemdə yaradır, parametrini əlavə avadanlıqlarını sistemə yerləşdirir
  • Məhsulların adlarını sistemdə yaradır, parametrini əlavə avadanlıqlarını sistemə yerləşdirir
  • Sifarişləri qəbul edib emal etmək
  • Müştəri istəyinə uyğun məhsul qruplarının formalaşdırılması.

Namizədə tələblər:

  • Nomenklatura açılması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Əmək haqqı: 400-500 AZN

İş şəraiti:

  • Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
  • 5 günlük iş həftəsi ( 09:00 – 18:00)
  • AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,

CV-ləri subject bölməsində Satınalma üzrə mütəxəssis qeyd etməklə göndərməyiniz xahiş olunur – hr@debet.az

VAKANSİYA 6

PRİME Accessories Mağazalar Şəbəkəsi

Administrator

 Son tarix 10 yan 2022 

İş barədə məlumat

  • Özü və tabeçilyində olan əməkdaşların daxili nizam-intizam qaydalarına əməl edilməsini təmin etmək;
  • Özü və tabeçiliyində olan əməkdaşların işində davamiyyətli olmasını, işə vaxtında gəlmək, işdən vaxtında getmək və iş saatlarında yüksək məcburiyyət olmadan iş yerini tərk etməməsini təmin etmək;
  • Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət etmək;
  • Mağazanın fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;
  • Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək 
  • Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək 
  • Karyera imkanı
  • İş qrafiki növbəlidir: 
    – I növbə: 09:00-dan 17:00-dək 
    – II növbə: 14:00-dan 22:00-dək 
  • Həftədə 1 gün istirahət
  • Əmək haqqı: Min: 500 azn + bonus
  • Maraqlanan namizədlərdən CV-lərini mail adresinə göndərməkləri xahiş olunur – vakansiya@bhe.az

Namizədə tələblər

  • Kommunikasiya bacarıqları
  • Ali təhsil (üstünlük verilir)
  • İş təcrübəsi: 2 ildən 5 ilə qədər
  • Dil bilikləri (azərbaycan, rus)
  • Kompüter bilikləri (MS Office)
  • Yaş: 22-35 yaş 
  • Gülərüz
  • Ünsiyyətcil
  • Stressə davamlı
  • Satış texnikalarını bilməli
  • İnsanlarla ünsiyyət qurma bacarığı
  • Fikrini sərbəst çatdırma qabiliyyəti
  • Səliqəli xarici görünüş
  • Punktual
  • Komandada işləmək bacarığı olan
  • Problem həll etmə qabiliyyəti
  • Satış hədəflərinə çatdırmaq
  • Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
  • Fiziki sağlam
  • Fərdi inkişafa meyilli

VAKANSİYA 7

City Finance BOKT

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis

Son tarix 10 yan 2022 

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali və ya orta təhsil
  • Yüksək təhlil bacarığı
  • Sürücülük vəsiqəsinin olması
  • Avtomobil idarəetmə bacarığının olması
  • Qiymətləndirmə və ya avtomobil sahəsində minimum 3 il iş təcrübəsi
  • Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliklərinin olması

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis nə iş görür?

  • Avtomobillərə vizual baxışın keçilməsi
  • Fotogörüntü qeydlərinin aparılması
  • Qiymətləndirmə üçün lazım olan sənədlərin araşdırılıb, təhlil edilməsi, çatışmayan sənəd olduqda müştəridən tələb edilməsi
  • Avtomobillərin dəyərinin müəyyən olunması üçün uyğun metodun təyin edilməsi 
  • Satışda olan avtomobillərin xüsusiyyətləri (növü, istehsal ili, motorun gücü, texniki vəziyyəti və imkanları, yürüşü, rəngi və s.) haqqında məlumatlı olub, bu göstəricilərə əsasən onların bazar və likvid dəyərinin təyin edilməsi
  • Qiymətləndirməyə dair hesabat layihəsinin hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı: sabit əmək haqqı + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti  mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq – hr@cityfinance.az

VAKANSİYA 8

Xalq Sığorta

Sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi (Gəncə)

Son tarix 10 yan 2022 

Tələb olunan bilik və bacarıqlar:

  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
  • Kompüter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 2  il iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Yaşayış yeri-Gəncə şəhəri;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Baş vermis hadisənin ən qısa müddət ərzində araşdırılması və rəsmiləşdirilməsi;
  • Yol nəqliyyat hadisələrinə baxışın keçirilməsi və qəza hadisəsini yerindəcə araşdırılması;
  • Hadisənin foto və video çəkilişlərinin aparılmması;
  • Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatların işlənilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • Cinsi: Kişi;
  • İş yeri: Gəncə şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur (hr@xalqsigorta.az).  

VAKANSİYA 9

MKT İstehsalat Kommersiya MMC

Büdcə və hesabatlıq üzrə mütəxəssis

Son tarix 10 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlayır;
  • Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak edir;
  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirənhesabatlar hazırlayır;
  • Maliyyə hesabatlarının illik kənar auditini prosesində yoxlama üçün hesabatların, açıqlamalarıntərtib edir;
  • Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişləri verir;
  • Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlatı hazırlayır.

Tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 2 illik iş təcrübəsi
  • Sertifikatlar arzuolunandır
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır
  • MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər

Səriştələr:

  • MHBS üzrə biliklər;
  • Yerli uçot qanunvericiliyi üzrə biliklər;
  • Vergi qanunvericiliyi üzrə bilikləri;
  • Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər;
  • Planlama və təşkilatçılıq;
  • Komanda işinin təşkili.
  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Büdcə və hesabatlıq üzrə mütəxəssis” mövzusu ilə  elektron ünvanına göndərə bilərsiniz – career@mktcotton.com

VAKANSİYA 10

Aral Group Baku

Copywriter

 Son tarix 10 yan 2022 – ehlimanhuseynov@aralgroupbaku.com

Öhdəliklər:

  • Biznes, məhsul, marketinq kommunikasiya strategiyasınıanlayaraq lazım olan kontent ideyaların verilməsi, mətnlərin hazırlaması;
  • Unikal konseptlərin hazırlanması;
  • Mövcud məzmunların monitoriqi və redaktə edilməsi;
  • Xəbər və press-reliz mətnlərinin hazırlanması;

Tələblər:

  • Reklam və ya sosial media sahəsində azı 1 illik iş təcrübəsi;
  • Sosial media və digər marketinq kanallarında məzmunyaratmaq bacarığı;
  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlər hazırlamaq;
  •  Azərbaycan, Rus və İngilis dillərində grammatika və yazı qaydalarının mükəmməl bilməsi;
  • Azərbaycan, Rus və İngilis dilində səlis yazı və fikirlərini ifadə etməsi, müxtəlif ideyaların təklif edilməsi,yüksək keyfiyyətli məzmunların hazırlanması, hər üç dildə məzmunların redaktə etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • İşinə qarşı diqqətli və məsuliyyətli olması;
  • Komandada işləmək bacarığı;

VAKANSİYA 11

Bakı Sığorta

Müştəri xidməti üzrə mütəxəssis

Son tarix 10 yan 2022 

Namizədə tələblər:

  • Yaş: 20-35
  • Təhsil: Ali və ya orta
  • İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
  • Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
  • Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
  • Müştərilərin müraciətlərinin statistikasının aparmaq
  • Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Yüksək təqdimat bacarığı
  • Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
  • Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
  • Səlis, aydın, əmin danışıq tərzi

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş Qrafiki: 09:00 -18:00

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidməti üzrə mütəxəssis”qeyd etmələri xahiş olunur – hr@bakisigorta.az

VAKANSİYA 12

Caspian Tech QSC

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Son tarix 10 yan 2022 

Məsuliyyətlər:

  • Kontentə nəzarət etmək, bütün hadisələrdə düzgün informasiyanın müştərilərə çatmasını təmin etmək.
  • Canlı hadisələrin kontentinə nəzarət etmək, yarana biləcək problemləri bildirmək və sürətli müdaxilə etmək.
  • Bazardakı hərəkətliliyi izləmək və  qiymət fərqi ilə bağlı riskləri bildirmək.
  • Real vaxt monitoringi.
  • Ehtiyac yarandıqca nəticələri dəyərləndirmək və onlarla bağlı hesabat hazırlamaq.
  • Müştəri aktivliyini izləmək, bazar öhdəliklərini idarə etmək. 

Tələblər:

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə) ;
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində bilik;
  • Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol) ;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili biliyi;
  • Həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlama bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlaya bilmək;
  • Microsoft Office bilikləri (İlk növbədə Excel)

 İş qrafiki növbəli iş rejimidir. Həftəlik 40 saat olmaqla gecə və axşam növbələri mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 yanvar 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsinə “Risklərin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməyinizi xahiş edirik – jobs@caspiantech.az. 

VAKANSİYA 13

Qartal Tikinti Firması

Sahə rəisi (İnşaatçı mühəndis)

Son tarix 10 yan 2022 

İş yeri: Əsas iş yeri Xəzər dənizindəki SOCAR-ın neft platformaları olacaq, platformada iş olmadığı müddətdə Qartal Tikinti Firmasının Sumqayıt şəhərində yerləşən baş ofisi və ya Azərbaycan Respublikası ərazisində tikinti sahələrinə ezam oluna bilər

Əmək haqqı:  700-1500 AZN

Tələblər:

  • Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • İngilis dilini  bilməsi arzuolunandır;
  • Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İş haqqında məlumat:

  • SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə rəhbərlik edilməsi;
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
  • İşlərin yüksək Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.

İşçi üçün şərait:

  • SOCAR-ın neft platformasında işlədikdə maksimum 1 ay müddətinə dənizə ezam ediləcək. 1 ay bitdikdən sonra istirahət üçün ofisə dönəcək, lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
  • Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
  • Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Baza günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsində “Sahə rəisi – İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.  

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əlaqələndirici şəxs: Fidan Aşumova
Telefon: +994 50 283 00 69

VAKANSİYA 14

SMTS

Satınalma qrupunun rəhbəri (Tender və Qiymətqoyma Departamentinin satınalma qrupu)

Son tarix 10 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Satınalma qrupunun fəaliyyətinə nəzarət etmək;
  • Satınalma qrupunun prosedurlarının hazırlanması, yenilənməsi və tətbiq edilməsi;
  • Cəmiyyətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun aparılması;
  • Daxili bazarda iqtisadi vəziyyət barədə tam və yeni məlumatı, xüsusilə, şirkətin fəaliyyəti istiqaməti ilə
  • bağlı spesifik məlumatlı olmalı;
  • Maddi-əmtəə dəyərləri üçün standart və texniki şərtləri bilməli və fəaliyyəti üzrə tətbiq etməli;
  • Maddi-əmtəə dəyərlərinin növləri, həcmləri, markaları, çeşidliliyini və digər keyfiyyət xüsusiyyətlərini
  • və onların məsrəfi normalarını;
  • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması, satınalma işinə nəzarət
  • etmək;
  • Malların texniki spesikasiya və xarakterini Texniki İstehsalat Departamenti və sahə mühəndisləri ilə
  • müzakirə etmək və tələb etmək, Satınalma qrupunun digər əməkdaşlarına texniki xüsusiyyətlətlə bağlı
  • dəstək vermək;
  •  Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Qiymətlərdə olan artım və azalma faizlərini, eləcə də malların satış qiymətlərini müəyyənləşdirmək,
  • buna uyğun satınalma əməkdaşlarını koordinasiya etmək və müəssisənin mənafei baxımdan satınalma
  • işinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Müəssisənin tələb edilən sifarişlərlə təchiz edilməsi, bu istiqamətdə müvafiq satınalma müsabiqələrinin
  • qazanılması məqsədi ilə yerli və beynəlxalq bazarların tədqiqi, onu maraqlandıran məhsul və xidmətlərə
  • tələb və təklifi daim öyrənməli;
  • Müəyyən edilmiş satınalmalar planı çərçivəsində müntəzəm hesabat vermə proseduralarında iştirak
  • etmək;
  • Ehtiyac olduqda müəssisə ilə müntəzəm olaraq əməkdaşlıq edəcək digər müəssisə və təşkilatların
  • aidiyyatı şəxsləri ilə əlaqə yaratmaq;
  • Şirkətin fəaliyyət göstərdiyi sahə üzrə mövcud bazar qiymətləri əsasında qiymətləndirmənin aparılması;
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
  • Həmçinin qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Qiymət və xərc təhlilinin aparılması.

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühəndislik və ya İqtisadiyyat sahələrində ali təhsil)
  • Satınalma rəhbəri olaraq inşaat sahəsində İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il
  • (fasiləsiz) iş təcrübəsi olmalı;
  • İnşaat materiallarını yüksək səviyyədə tanımalı;
  • Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli;
  • Komputer biliyi: MS Office (əsasən Excel,Outlook) proqramını bilməli;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
  • Yüksək kommunikasiya və işgüzar ünsiyyət bacarıqları;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 27-45
  • Əmək haqqı 2000-2200 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı
  • razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Satınalma qrupunun rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar – hr@smts.az

VAKANSİYA 15

Bakı Sığorta

Zərərlərin Qiymətləndirilməsi üzrə ekspert

Son tarix 10 yan 2022 

Namizədə tələblər:

  • Yaş: 23-40
  • Müvafiq sahədə 1 il iş təcrübəsi olmağı vacibdir.
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili
  • Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olmağı arzuolunandır
  • MS Office(Əsasən Excel)  proqramlarında iş bacarığı olan;
  • Avtomobilin texniki hissələri haqda anlayışın olması
  • İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək arzuolunandır. 

Əsas vəzifə öhdəlikləri:

  • Foto və videoçəkilişə əsasən operativ qaydada zərər məbləğini müəyyən edir;
  • Zərurət yarandıqda zədələnmiş əmlamlaka yerində baxış keçirərərək zərər məbləğini müəyyən edir;
  • Əmlak sığortaçı tərəfindən təmir edildiyi halda təmir prosesinə nəzarət edir və əmlakın təmirdən sonra təhvil verilmə prosesində iştirak edir.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
  • Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
  • Müşahidə və ilkin təhqiqat aparmaq vərdşlərinə malik olmaq

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı : Cədvələ uyğun iş qrafiki
  • Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini subject bölməsində Zərərlərin Qiymətləndirilməsi üzrə ekspert qeyd etməklə mail ünvanına göndərmələri xahiş olunur – hr@bakisigorta.az

VAKANSİYA 16

Mashrig Group of Companies

Sales Manager

Son tarix 10 yan 2022 

Öhdəliklər:

  • Müştərilərlə münasibətin yüksək səviyyədə qurulması.
  • Yeni partnyorları cəlb etmək, onların satışına dəstək və nəzarət etmək.   
  • Müştərilər  ilə  görüşlər və təqdimatların keçirilməsi;  
  • Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışı;
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması;
  • Sifarişlərin icra olunması 

İş şəraiti:

  • Əmək haqqı: müsahibə əsasında namizədə görə dəyişir. (maaş + bonus sistemi;)
  • İş rejimi: 10:00-dan 19:00-dək

Tələb olunan bilik və bacarıqlar:

  • MS OFFICE (Word, Eexcel, Powerpoint) yüksək səviyyədə bilməli;
  • Korporativ e-mail yazma bacarıqları və e-mail proqramların bilikləri (MS Outlook, Work Space və s.);
  • Azərbaycan və Rus dilləri mükəmməl səviyyədə bilməli, İnglis dili arzuolunandır;
  • Müştəriyönümlü satış etmək bacarığının olması;

Nəmizədə qoyulan tələblər:

  • Ali təhsil arzuolunandır;
  • İş təcrübəsi: satış sahəsində 1 il və üzəri iş təcrübəsinin olması arzuolunandır;
  • Yaş həddi: 20-35;

Xahiş olunur namizədlər şəkilli CV-sini “Satıcı məsləhətçisi” başlığı ilə göndərsinlər. (Seçim yalnız bu üsulla aparılır) – turkan.alakbarova@mashrig.com

fed.az