Bu gün Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşən qonağa Bakı Limanının tarixi, texniki imkanları, əldə etdiyi nəticələr, perspektiv inkişaf planları barədə məlumat verilib.
Bundan sonra, cənab səfir limanın terminallarının iş prinsipi ilə yerində tanış olub və onu maraqlandıran suallar cavablandırılıb.