2021-ci ilin əvvəlindən bəri 4,4 mindən çox miqrant yeni həyata başlayacaqları ölkələrə getmək istəyərkən həlak olub.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) məlumat yayıb.
Məlumata görə, 2014-cü ildən bəri ölənlərin sayı 45,4 mini keçib.
Təşkilat bu il ölüm sayının ötənilkindən daha yüksək olduğunu, 2020-ci ildə 4236 ölüm faktının qeydə alındığını vurğulayıb.
Qurumdan bildirilib ki, miqrasiya ilə bağlı kütləvi faciələr getdikcə adi hala çevrilir.
Mənbə: TASS