Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurasına üzv dövlətlərin sayı artır.
“Seanews.az” xəbər verir ki, Şuraya üzvlərin sayı 40-dan 52-yə yüksəlir.
“Şuranın genişləndirilməsi dünyanın bütün əsas coğrafi regionlarının təmsilçiliyini təmin edəcək, balanslaşdırılmış və səmərəli işə töhfə verəcək, həmçinin bütün IMO-ya üzv dövlətlərin maraqlarını dəstəkləyəcək”, – deyə IMO-nun baş katibi Kitak Lim bildirib.
1958-ci ildə IMO Şurasına 16 dövlət daxil idi. 2002-ci ildə qüvvəyə minən 1993-cü il düzəlişlərindən sonra Beynəlxalq Dəniz Təşkilatının Şurası 40 üzv-dövlətə qədər artdı.