Yeni gəmilərin tikintisi üçün kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb

327

2021-ci ildə yeni gəmilərin tikintisi üçün kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb.

 “Splash” qəzeti yazır ki, “Clarksea qaz daşıyıcıları, tankerlər, balkerlər, konteyner gəmiləri üçün gündəlik gəlirlilik indeksi 36,5 min dollara çatıb ki, bu da ötən illə müqayisədə 90% çoxdur. Lakin kreditorlar belə yüksək faizlərə reaksiya vermədilər və “kranı bağladılar”.

Britaniyanın “Dealogic” analitik şirkətinin bu ilin ilk doqquz ayı üçün dərc etdiyi reytinq də kreditlərin həcmində nəzərəçarpacaq dərəcədə azalma olduğunu göstərir ki, bunu da öz növbəsində başqa bir analitik agentlik – “Marine Money” “şok” adlandırıb.

Bu ilin ilk doqquz ayında gəmiqayırma sənayesinə ayrılmış kreditlərin həcmi 19 milyard dollar təşkil edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 46,4%, 2005-ci ildən bəri orta göstəricidən isə 57% azdır.

“Seanews.az”