Malayziyada gəmi qəzaya uğrayıb, 10 nəfər ölüb, 29 nəfər itkin düşüb

65

Malayziyanın cənubunda gəminn qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.

“Report” “The Star”a istinadən xəbər verir ki, bunu ölkənin Cohor əyalətinin Yanğınsöndürmə və xilasetmə xidməti idarəsinin sözçüsü bildirib.

Onun sözlərinə görə, qadın və kişinin meyiti sudan çıxarılıb, 19 nəfər isə xilas edilib. Sözçü 29 nəfərin isə itkin düşdüyünü bildirib.

Gəminin göyərtəsində qanunsuz miqrantların olduğu güman edilir.