“MSC” şirkəti Şimali Çin, Cənubi Koreya və Rusiyanın Uzaq Şərq vilayətini birləşdirən yeni Kamçatka xidmətini işə salır.
“Seanews.az” xəbər verir ki, gəmilər limanlara bu ardıcıllıqla daxil olacaq:Sindao – Dalyan – Tyanszin – İnçhon – Pusan – Vladivostok – Petropavlovsk-Kamçatka – Pusan – Sindao.
İlk səfər yanvarın 3-də Sindaodan planlaşdırılır. Xidmətə “MSC Suparna F” konteyner gəmisi cəlb olunacaq.
Bundan əlavə, “MSC” şirkəti “Golden Horn” (“Qızıl Buynuz”) xidmətini yeniləyir. Sindao, Dalyan, Sinqan və İnçhon limanları bu xidmətdən çıxarılacaq. Beləliklə, “Qızıl Buynuz” xidmətinin yenilənmiş xətti belə olacaq:Şanxay – Ninbo – Pusan – Vladivostok – Vostoçnı – Pusan – Şanxay.
“MSC Imma” konteyner gəmisi yenilənmiş xidmət üzrə ilk səfərinə Ninbodan yola yanvarın 7-də çıxacaq.