Cari ilin 11 ayı ərzində korporasiya sifarişçilərə ümumi dedveyti 16 milyon ton olan 194 müxtəlif tipli gəmi təhvil verib. Bu, keçən ilki göstəricilərdən bir qədər azdır (ümumi dedveyti 17 milyon ton olan 198 gəmi), lakin Çin gəmi istehsalçılarının ixtiyarında hələ dekabr var. Hazırda Çin həm tikilmiş gəmilərin, həm də cəlb edilən sifarişlərin sayına görə dünyada lideridir.
Seanews.az” xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr aylarında korporasiyanın körpülərini tərk edən gəmilər arasında on superkonteyner, iki böyük üzən qurğu, çoxsaylı iri LNG tankerləri və balkerlər, habelə bir sıra ixtisaslaşdırılmış gəmilər olub.
Təhvil verilməsi ilə korporasiyanın illik planını dekabrın 1-dək yerinə yetirməyə imkan verən son iki gəmi – Danimarkanın “TORM Shipping” şirkətinin sifarişi ilə inşa edilən və ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulan “TORM Helene” tankeri və Norveçin “United European Car Carriers” şirkəti üçün tikilən dünyanın ilk hibrid avtomobil daşıyıcısı idi.
Sonuncu gəmi həm adi yanacaqla, həm də mayeləşdirilmiş təbii qazla işləyə biləcək. Bundan əlavə, avtomobil daşıyan gəmi kifayət qədər güclü elektrik mühərrikləri ilə təchiz edilmişdir.
Bu ilin sonunadək tikintisi İtaliyanın “Finkantieri” gəmiqayırma şirkətinin mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilən Çinin ilk böyük kruiz laynerinin suya salınması gözlənilir. Çindəki bütün gəmiqayırma müəssisələrinin ümumi sifariş qovluğuna gəlincə, 2021-ci ilin on ayının sonunda bu, 98 milyon tona çatıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən 210% (!) çoxdur.