16 mərtəbəli bina hündürlüyündə olan kruiz gəmisinin inşası davam edir

371

Çinin ilk böyük kruiz gəmisi 2023-cü ilin sentyabrında istismara verilməlidir.

Seanews.az” xəbər verir ki, gəminin gövdəsinin tikintisi artıq tam başa çatıb. Növbəti mərhələdə daxili bəzək və müxtəlif avadanlıqların quraşdırılması işləri görüləcək.

ABŞ-da yerləşən “Carnival Corp” və İtalyanın “Fincantieri”  şirkəti ilə Şanxayda iki “Vista” gəmisi tikmək üçün müqavilə 2018-ci ilin noyabrında birinci Çin Beynəlxalq İdxal Sərgisi zamanı imzalanıb. “Waigaoqiao Shipbuilding” gəmiqayırma zavodu tikintiyə 2019-cu ilin oktyabr ayının ortalarında başlayıb.

Çində inşa edilən ilk kruiz gəmisinin uzunluğu 323,6 metr, eni  37,2 metrdir. 16 mərtəbəli bina hündürlüyündə olan gəmidə istirahət və əylənmək üçün bütün lazımi infrastruktur – ticarət, incəsənət mərkəzləri, beşulduzlu otel, restoranlar, barlar və sair olacaq.