“Merkuri 1” gəmisinin kapitanına Kurık limanının 5 illiyi münasibətilə döş nişanı təqdim olunub

132

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Merkuri 1” gəmi-bərəsinin kapitanı Ayaz Pirmuradov Qazaxıstanın Kurık limanının fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “yubiley döş nişanı”na layiq görülüb.

Ayaz Pirmuradov ASCO ailəsi adından Kurık limanının bütün əməkdaşlarını təbrik edib, döş nişanına görə minnətdarlığını bildirib.