“Qəhrəman Hacıyev” gəmisinin II mexaniki vəfat edib

343

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasının “Qəhrəman Hacıyev” gəmisinin II mexaniki Şababa İstamov vəfat edib.

Şababa İstamov 1958-ci il oktyabr ayının 15-də Lənkəran rayonunda anadan olub.

O, 1986-ci ildə Bakı Dəniz Yolları Məktəbini gəmi energetik qurğuları və onların istismarı ixtisası üzrə bitirib.

41 illik dənizçi təcrübəsi olan Şababa İstamov əmək fəaliyyətinə  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi başlayıb.

O, 2009-cu ildən ayrı-ayrı vaxtlarda II mexanik kimi “Cəfər Cabbarlı”, “Mühəndis Mustafa Əli”, “İslam Səfərli”, “Qəhrəman Əsədov”, “Səməd Vurğun” gəmilərində çalışıb.

Mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanan Şababa İstamovun əziz xatirəsi iş yoldaşları arasında hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımız Şababa İstamovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

seanews.az