VAKANSİYA 1
BESHOME MMC
Mühasib
Son tarix 21 yan 2022
İş haqqında məlumat:
- Mebel materiallarının uçotu: daxil olmalar, çıxış, yerdəyişmə, qalığın yoxlanılması;
- Maliyyə uyğunsuzluqlarının yoxlanılması və aradan qaldırılması;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Əmək haqqının hesablanması, ödənişi və qeydiyyatı;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- ƏDV ödəyici şirkətin hesabatlarını aparmağı bilməlidir
- Word və Excel proqramlarını bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik düşünmə qabiliyyəti.
Təminatlar:
- Əmək haqqı 500- 700 azn arası
Qeyd : BESHOME MMC ofis və məişət mebel istehsalı edən hüquqi şəxdir (şirkətdir) . Ünvan Keşlə qəsəbəsi Yeni Köndələn küçəsi 22/13 . 201 nömrəli məktəb yaxınlığındadır . Ofis anbar və istehsalat yeri bir binada yerləşir .
İş saatları – 09:00 -18 :00 (13:00-14:00 nahar fasiləsi)
İş günləri – 6 gün . Bazar istirahət günüdür .
Əlaqə üçün:
Mob: 0702450245 (Vəfadar )
VAKANSİYA 2
AzəriMed QSC
Satış təmsilçisi
Son tarix 21 yan 2022
Tələblər:
- Yaş: 20-40;
- Təcrübə: Tibbi nümayəndə və ya Satış təmsilçisi sahəsində iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
- Şəxsi maşının olması üstünlükdür;
- Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Vəzifə öhdəlikləri:
- Əczaçılıq kanalında brendləri inkişaf etdirmək;
- Şirkət brendlərinin böyüməsi və inkişafı üçün şərait yaratmaq;
- Müştərilərin mağazada qarşılanması və məhsullar barədə onlara ətraflı məlumat verilməsi;
- Müştərilərə məhsul seçimində kömək edilməsi;
- Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
- Görülmüş işlər haqqında gündəlik hesabatları hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 450-600 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 3
AGRO – WEST DC LLC
Ticarət Nümayəndəsi (Satış Təmsilçisi, qida-şirniyyat qoluna)
Son tarix 21 yan 2022
Bölgə: Bakı və regionlar
Əmək haqqı: 1000-2000 azn
Fəaliyyət sahəsi: Satış
İş qrafiki: Tam
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Təhsil: Ali/Orta
Vəzifəyə olan tələblər:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analizi aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi;
Namizədə olan tələblər:
- MS Office proqramlarını bilməsi arzu olunandır;
- Satış üzrə minimum1 il təcrübə;
- Soyuq satışların aparılmasında təcrübə;
- Şəxsi avtomobil və B,BC kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə ” Ticarət Nümayəndəsi” yazaraq ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
Nurgun Holding
Satış nümayəndəsi
Son tarix 21 yan 2022
Əmək haqqı: 700 AZN-1000 AZN
İş haqqında məlumat:
- Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
- Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
- Təyin olunmuş satış planlarının icrası;
- Müştərilərdən ödənişlərin toplanması;
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
- Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Satışları təhlil etmək bacarığı;
- Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
- Bakı şəhərində qeydiyyatda olmalı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
- Yaş həddi 25-35 arası
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
CV göndərərkən mövzu qismində “ Satış nümayəndəsi” sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.
VAKANSİYA 5
Golden Coast Hotel
Mühasib
Son tarix 21 yan 2022
Əsas tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 1 il iş təcrübəsi;
- 1С və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
- Vergi qanunvericiliyini bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Xanım mühasiblər
Vəzifə öhdəliyi:
- E-Qaimə fakturalarının yazılması;
- Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Bütün rəsmi hesabatların göndərilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.
Əmək haqqı: Razılaşma
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “mühasib” qeyd etməklə CV-lərini göndərə bilərlər.
İş yeri Bayılda yerləşir: Golden Coast Hotel.
VAKANSİYA 6
Şirniyyat mağazası
Mağaza Müdiri
Son tarix 21 yan 2022
Tələblər:
- Ali təhsil,
- Qida sektorunda minimum 2 il idarəetmə
- Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı baş ofis arasında koordinasiyanı təmin etmək və izləmək,
- İşçi məmnuniyyətini və satış performansını artırmaq,
- Mağazada müştəri bazasının yaradılması,
- Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
- Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
- Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,
- Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.
- Mağaza anbarına nəzarət
- Vitrinə nəzarət
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN (başlangıc)
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər
VAKANSİYA 7
AzəriMed QSC
Satış məsləhətçisi
Son tarix 21 yan 2022
Tələblər:
- Yaş: 18-35;
- Təhsil: Ali və ya orta ixtisas tibb təhsili mütləqdir (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- İşində dəqiq və məsuliyyətli olmaq;
- Kommunikasiya və komanda içində işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;
- Şirkətin qoyduğu satış hədəflərinin yerinə yetirilməsi;
- İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;
- Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;
- Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər – 09:00-18:00
- Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür
- Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 8
Zeytun Pharmaceuticals
Logistika üzrə mütəxəssis
Son tarix 21 yan 2022
Tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər, İngilis dili arzu olunandır
- Logistika sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Microsoft Office proqramlarından istifadə bacarığı
- 1C üzrə sərbəst biliklər
- Analitik düşüncə tərzi
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmə bacarığı və etibarlılıq
- Operativlik, dəqiqlik, məsuliyyət
Vəzifə öhdəlikləri:
- Dərmanların qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi
- Sənədlərdə problem olduqda, yaxud çatişmayan sənədləri əldə etmək üçün müvafiq xarici zavodlarla daimi əlaqənin yaradılması
- İdxala icazə sənədlərin alınması üçün sənədlərini toplamak və müraciət etmək (tibbi ləvazimatlar və dərman vasitələri)
- Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı 1200+
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 9
Nurgun Holding
Mühasib-operator
Son tarix 21 yan 2022
Əmək haqqı : 600 AZN
İş barədə:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
- Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
- Təhlil aparmaq bacarığı;
- İnkişafa meyilli;
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 27-35 arası
CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.
VAKANSİYA 10
Irshad Electronics
Reklam üzrə mütəxəssis
Son tarix 21 yan 2022
Tələblər:
- Təhsil – Ali (xarici təhsili olanlara üstünlük verilir)
- Cinsi – bəy
- Yaş – 25 – 35
- Təcrübə – Reklam sahəsində minimum 2 il
- Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)
- Kompüter bacarığı – Ofis proqramları
Vəzifəyə tələblər
- Mağazalar üzrə reklam ehtiyaclarının müəyyən edilməsi
- Mağazaların daxili və fasad reklamlarının tərtibatı üzrə təkliflərin verilməsi
- Vizual merçendayzinq üzrə təkliflərin verilməsi
- Mağazalarda məhsulların sərgilənməsi üçün kreativ həllərin təmin edilməsi
- Mağazalar üzrə reklam istehsalının və təchizatının idarə edilməsi
- Mağazalarda marketinq aksiyalarının təşkil edilməsi
Şəxsi keyfiyyətlərə tələblər:
- Təşəbbüskar
- Ünsiyyətcil
- Məsuliyyətli
- Komandada işləmə bacarığı
- Stresə davamlı
Əmək haqqı Namizədin təcrübəsindən asılı olaraq 1200 – 1500 AZN
VAKANSİYA 11
Nurgun Holding
Auditor-Təftiş
Son tarix 21 yan 2022
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Sahə üzrə min. 2 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsi;
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- Maliyyə bilikləri;
- Yazılı hesabat tərtib etmək təcrübəsi;
- Təhlil və analiz etmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Servis üzrə maliyyə sahəsində çalışmış şəxslərə üstünlük veriləcək;
- İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
- Yaş həddi: 28-35;
İş barədə:
- Gündəlik cari nəzarəti həyata keçirmək;
- Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
- Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
- Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
- Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
CV göndərərkən mövzu qismində “ Auditor ” sözünün yazılması mütləqdir!
VAKANSİYA 12
Baku Electronics
İş vaxtının uçotu üzrə mütəxəssis
Son tarix 21 yan 2022
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi;
- Azərbaycan dilində səlis nitqə sahib olması vacibdir (rus, ingilis dili biliyi arzu olunandır);
- 1C proqramı və ofis proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Komanda şəklində işləmək bacarığı;
- Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;
Vəzifə öhdəlikləri:
- Əmək Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək
- İş vaxtının uçotuna daxil olan əməliyyat üzrə qanunvericiliyə əsasən əmək şəraiti şərtlərinin dəyişdirilməsinin sənədləşdirilməsini təmin etmək
- Əmək şəraiti, əmək funksiyası, başqa işə keçirmə, başqa işə müvəqqəti keçirmə, işçinin işdən kənar edilməsi hallarında iş vaxtının növlərinin təyin olunmasının təmini, izlənilməsi və nəzarətdə saxlanılması;
- Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona uyğun müvafiq əməliyyatların aparılması;
- Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun sənədləşməni təmin etmək;
- Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq sənədləşməni təmin etmək;
- Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılması;
- Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini təmin etmək;
- Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə Əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
- Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
- İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
- Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
- Şirkətin İnsan resursları işlərinin elktron formada həyata keçirmək üçün istifadə olunan proqramlarında (1C. Uyumsoft: Daily attendance ) işləmək;
Müvafiq tələblərə uyğun olduğunuz təqdirdə CV-izi mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını – İş vaxtının uçotu üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 13
Kontakt Home
Satış məsləhətçisi (Xırdalan)
Son tarix 21 yan 2022
Tələblər:
- Satış təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı.
Vəzifələr:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
VAKANSİYA 14
Nurgun Holding
Müştəri xidmətləri meneceri
Son tarix 21 yan 2022
Tələblər:
- Ali təhsil;
- Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır);
- MS Office proqramlarında işləmə bacarığı;
- Gülərüz, ünsiyyətcil,məsuliyyətli və diqqətli olmalı;
- Xoşagələn xarici görünüş;
- İnkişafa meyilli olmalı;
- Kollektivlə işləməyi bacarmalı;
- Yalnız xanım namizədlər üçün nəzərdə tutulub.
İş haqqında:
- Müştərilərə lazım olan ilkin məlumatın verilməsi;
- Müştərilərin lazımı şəxsə istiqamətləndirilməsi;
- Gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
- Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili;
- Müştəri məlumatlarının mərkəzi bazaya işlənməsi;
- Müştəri sorğularının aparılması.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Müştəri xidmətləri meneceri” yazmaqla göndərə bilərlər.
VAKANSİYA 15
NOVCO Group of Companies
Maliyyə şöbəsində mühasib
Son tarix 21 yan 2022
Vəzifə öhdəlikləri:
- Vergi uçotu , DSMF, Statistika ilə bağlı əməliyyatların icra olunması
- Bank əməliyyatlarının həyata keçirilməsi
Tələblər:
- Təhsil: Ali (Maliyyə, Mühasibat, İqtisadiyyat)
- Komputer bilikləri: MC Office- sərbəst işləmək bacarığı , 1C (8.2 , 8.3) proqramı – sərbəst işləmək bacarığı.
- E-gov, e-taxes portalları ilə işləmək bacarığı.
- Əmək və vergi qanunvericiliyinin əsaslarını bilmək
- Mühasib vəzifəsində 2 ildən az olmayan təcrübə
- Debitor və kreditorlarla hesablaşmalar üzrə təcrübə
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mailinə, mövzu hissəsində “ Mühasib” qeyd edib göndərilməsi xahiş olunur.
VAKANSİYA 16
Qala Group
Maliyyə departamentinə təcrübəçi
Son tarix 21 yan 2022
İş saatı: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Hesab-fakturaların qəbulundan ödənişə qədər tam kreditor borcları dövrünü idarə etmək, kodlaşdırma daxil olmaqla;
- Fakturalar,satınalma sifarişlərinin uyğunlaşdırılması,təsdiqin alınnması və fakturaların daxil edilməsi;
- Satıcılarla əlaqələri idarə etmək və effektiv tərəfdaşlıq qurmaq;
- Sənədlərin götürülməsi də daxil olmaqla, bütün auditlər uçün dəstək toplamaqda komandaya kömək etmək;
- Ehtiyac yarandıqda ad hoc layihələrə yardım etmək;
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Analitik düşüncə qabiliyyəti;
- Təzyiq altında işləmək bacarığı.
Digər məlumat:
- Beş günlük iş qrafiki .Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Aylıq təqaüd – motivasiya ödənişləri
Xahiş olunur şəkilli CV-ləri və portfolionu e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Maliyyə departamentinə Təcrübəçi” qeyd edin.
VAKANSİYA 17
Kontakt Home
Instagram Story Manager
Son tarix 21 yan 2022
Vəzifə öhdəlikləri:
- Həftəlik/aylıq paylaşım planının hazırlanması və kontent təkliflərinin verilməsi;
- İnstagram sosial şəbəkəsinin hekayə bölməsi üçün məhsulları araşdırmaq və məhsul tanıtımı ilə bağlı videolar çəkmək;
- Hazırlanan paylaşımları plana əsasən vaxtı-vaxtında paylaşmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Zəruri tələblər:
- Xoş səs tonu və aydın nitqə sahib olmalı;
- Yüksək ünsiyyət bacarığı olmalı;
- Aktiv, çevik və məsuliyyətli olmalı;
- Sosial Media Manageri kimi iş təcrübəsinin olması;
- Sosial mediada olan trendləri və yenilikləri izləmək;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, saat 09:00-18:00;
- Ə/H bilik və bacarıqlara görə dəyişir.
VAKANSİYA 18
Kontakt Home
SMM üzrə inzibatçı
Son tarix 21 yan 2022
Vəzifələr:
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və mesajları) cavablandırmaq;
- Müştəri məmnuniyyətini təmin etmək;
- Satış yönümlü yazışma aparmaq;
- Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
- İş keyfiyyətini mütəmadi olaraq artırmaq.
Zəruri Tələblər:
- Ali təhsili;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Azərbaycan və rus dillərini şifahi və yazılı əla səviyyədə bilməli;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Mehriban, səmimi və köməksevər olmalı;
- Punktual və pozitiv olmalı;
- Stresə dözümlü olmalı;
- Şəxsi inkişafa yönümlü olmalıdır.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 09:00-dan 18:00-dək, 12:00-dan 21:00-dək
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
VAKANSİYA 19
CRM Group
Mühasib (region)
Son tarix 20 yan 2022
Ucar,Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Biləsuvar, Bərdə, Ağdam, Tərtər, İmişli, Salyan, Sabirabad, Goranboy
- Təhsil: Ali
- İş təcrübəsi -1 ildən yuxarı
- Bitmə tarixi Yanvar 20, 2022
İş barədə məlumat:
- İş vaxtı: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
- İş yeri: CRM Group
- Əmək haqqı: müsahibə əsnasında qiymətləndirmə aparılacaq
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Namizədə tələblər:
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi (aliş, satış, bank emeliyyatları, ƏDV emeliyyatları, idxal, kassa )
- ƏDV ilə hesablaşmalar
- DSMF bilgiləri
- Aylıq hesabatlarının tərtib edilməsi
- EVF, E- və hesab fakturaların tərtibi
- e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
- Təşkilat daxili mühasibat uçotunun aparılması
- İnternet-bankinq, internet vergi idarəsi ilə işləmək
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Mühasib+ hansı rayonda işləyə bilərsinizsə həmin rayon” qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: iş yeri qeyd olunan rayonlardadır, Bakı şəhərində deyil.
fed.az